Səhiyyə Nazirliyi COVID-19-un yeni ştammı ilə bağlı əhaliyə müraciət edib
Tarix: 28-08-2023 | Saat: 11:42
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər
“COVID-19-un “Omikron” ştammının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksəksəviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir”.
Bunu aia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır:
“Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə, bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir”.
Mütəxəssis qeyd edib ki, hər yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır:
“Lakin indiyədək bu altvariantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir”.
T.Eyvazov vurğulayıb ki, istənilən halda epidemioloji proses diqqətlə izlənilməlidir:
“Azərbaycanda EG.5 ştammının olması barədə rəsmi məlumat yoxdur. Ümumilikdə koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir”.
“Hələ ki ölkədə epidemioloji durum nəzarətolunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olsa, xüsusən də payız-qış mövsümündə nəinki koronavirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslərin qripə qarşı, o cümlədən koronavirusa qarşı peyvənd olunması məsləhətdir.
İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska taxmaq və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izləyir və bütün mümkün qabaqlayıcı tədbirləri görürlər. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”, - infeksionist əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər