Mobil versiya
Taekvondoçularımız Vətənə medallarla döndülər
Tarix: 28-08-2023 | Saat: 09:05
Bölmə:İdman | çapa göndər

Taekvondoçularımız Vətənə medallarla döndülər

Taekvondo üzrə Avropa çempionatlarında (Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında) iştirak edən milli komandanın üzvləri Vətənə qayıdıb.

aia.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları onların ailə üzvləri, yaxınları, idman yoldaşları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan taekvondoçusu Qaşım Maqomedov avqustun 26-da Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.

Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.

Ümumilikdə 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024