Mobil versiya
Boksçumuz erməni rəqibini ilk raundda nokaut etdi
Tarix: 24-08-2023 | Saat: 09:43
Bölmə:İdman / Manşet | çapa göndər

Boksçumuz erməni rəqibini ilk raundda nokaut etdi


Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından aia.az-a verilən məlumata görə, millimizin iki idmançısı finala yüksəlib.

Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.

Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.

Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitiriblər. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar.

Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024