Mobil versiya
Nihad Kərimovun valideyinləri Respublika Klinik Xəstəxanasının kollektivinə minnətdarlıqlarını bildiriblər
Tarix: 23-08-2023 | Saat: 19:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Nihad Kərimovun valideyinləri Respublika Klinik Xəstəxanasının kollektivinə minnətdarlıqlarını bildiriblər

Ağcabədi rayon sakini, 2015-ci il təvəllüdlü Nihad Kərimov (anasının deməsinə görə) velosipeddən yıxıldıqdan sonra yüksək bədən hərarəti,sağ ayaq dizdən yuxarı qızartı,ödəm və eyni zamanda döş qəfəsində,qarında kəskin ağrılardan şikayələnirdi.

AİA.Az xəbər verir ki, 21.07.2023-cu il tarixdə saat 00:55-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gecikdirilmiş ağır vəziyyətdə müraciət edib. Xəstəyə lazımi stasionar müalicə göstərildikdən sonra “Sağ diz nahiyyəsindən yuxarı dərin ve səthi venaların tam trombozu və bu tromblara bağlı ağciyərin septik tromboemboliyası“ diaqnozu qoyulub.

Aparılan müalicələr nəticəsində xəstənin vəziyyəti yaxşılaşaraq evə yazılıb. Nihad Kərimovun valideynləri oğullarına göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Uşaq Klinik Xəstəxanasının direktor müavini Rəşad Tağıyevə və uşaqlarının müalicəsində iştirak edən həkim və tibb bacılarına öz dərin minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə