Mobil versiya
DYP-dən bugünkü avrokubok oyunları ilə bağlı MÜRACİƏT
Tarix: 10-08-2023 | Saat: 15:30
Bölmə:İdman | çapa göndər

DYP-dən bugünkü avrokubok oyunları ilə bağlı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ” - HIK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli aia.az-a bildirib ki, azarkeşlərə oyunların keçiriləcəyi ərazilərə gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük vermək tövsiyə olunur:

“Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu “Qarabağ” Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın “Neftçi” klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzulayırıq.
Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və “Neftçi Arena” ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazilərdə metronun “Gənclik” və “Xalqlar Dostluğu” stansiyalarının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızın oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə, əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024