Mobil versiya
Şenol Günəşə "Neftçi"dən DANIŞDI
Tarix: 04-08-2023 | Saat: 13:03
Bölmə:İdman | çapa göndər

Şenol Günəşə "Neftçi"dən

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Tirana” ilə (2:0, ilk oyun - 3:1) oyundan sonra üçüncü təsnifat mərhələsindəki rəqibləri olan “Neftçi” haqda danışıb.

aia.az xəbər verir ki, türkiyəli mütəxəssis həmin görüşlərə daha yaxşı hazırlaşmalı olduqlarını bildirib:

“Mövsümün əvvəlidir. Ona görə də hələ ki, oyunçular ideal formadan uzaqdırlar. Amma zaman keçdikcə daha yaxşı alınacaq. Zədəlilər qayıtdıqdan sonra biz indikindən qat-qat güclü olacağıq. Qarşıda bizi “Neftçi” ilə matçlar gözləyir. Daha yaxşı formada olmalıyıq. Daha yaxşı hazırlaşmalıyıq”.

“Neftçi” avqustun 10-da İstanbulda “Beşiktaş”ın qonağı olacaq. Cavab görüşü isə avqustun 17-də Bakıda baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024