"Əziz Şuşa" beynəlxalq velosiped yarışının 3-cü mərhələsi keçirilib -Fotolar
Tarix: 10-06-2023 | Saat: 17:48
Bölmə:Ölkə / İdman | çapa göndər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışının 3-cü mərhələsi keçirilib.
aia.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə elit yaş kateqoriyasında kişilər arasında şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun üçüncü yarış günündə velosipedçilər Qəbələdən başlayaraq Ağdaş və Mingəçevirin ərazisindən keçib Gəncə şəhərinin mərkəzinə qədər 170 km məsafə qət ediblər.
Qəbələ, Ağdaş, Mingəçevir və Gəncədə idman həvəskarları, məktəblilər, ictimaiyyət nümayəndələri velosipedçiləri bayram əhval-ruhiyyəsi, böyük coşqu və alqışlarla qarşılayıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın bu mərhələsində Belçikanın "Bataia Brigade" klubunun üzvü Yari Verstraeten 1-ci, Rumıniya milli komandasının üzvü Mihnea-Aleksandru Harasim 2-ci, Qazaxıstanın "Almaty Astana Motors" klubunun üzvü Anton Kuzmin 3-cü yerdə qərarlaşıblar.
Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Kamran Mirzəxanov imza ataraq 10-cu yerə layiq görülüb.
İtaliyanın "Team Technipes İnemiliaromagna" klubunun üzvü Emanuele Ansaloni 3 mərhələdən sonra yarışın lideri, Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans ən yaxşı sprinteri, Qazaxıstanın "Vino Sko Team" klubunun üzvü İlkhan Dostiyev ən yaxşı dağ velosipedçisi, Türkiyənin "Sakarya BB Pro Team" klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançısı olub.
Komanda hesabında 3 mərhələnin cəminə görə Qazaxıstanın "Vino Sko Team" klubu birinci yerdə qərarlaşıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.
İdmançılara mükafatları Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.
Xatırladaq ki, velotura ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb.
Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər