İsmayıllıda Ümümmilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş cüdo idman növü üzrə birincilik keçirilib -Foto
Tarix: 16-05-2023 | Saat: 11:57
Bölmə:Özəl / İdman | çapa göndər
İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Türk dünyasının dahi oğlu, Ümümmilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş cüdo idman növü üzrə birincilik keçirilib.
İlk öncə Azərbaycanın Dövlət himni səslənib, daha sonra vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxışçılar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Çıxışlar bitdikdən sonra birinciliyə start verilib. Yarışda müxtəlif klublardan 200 nəfərdən artıq idmançı qüvvəsini sınayıb. Kütləvilik təmin olunmaqla keçirilən birincilikdə müxtəlif çəkilər üzrə mübarizə aparan idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Aia.az
Bölgə müxbiri Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2024