Aylin ailəsinə və qədim Gəncəyə böyük sevinc gətirdi -Fotolar
Tarix: 11-05-2023 | Saat: 10:50
Bölmə:Ölkə / İdman | çapa göndər
Onun 5 yaşı var. Hələ həyatın nə olduğunu tam anlamır. Uğurun necə qazanıldığı barədə dərin bilgiyə sahib deyil. Amma çox çevik və cəsarətlidir. Qorxmazdır. İnadkardır. Uşaq dünyasından qopub gələn fikirləri ilə diqqəti cəlb edəndir. Çalışır ki, dediklərinə ətrafdakılar diqqət etsin və onunla bölüşsün. Sadə, lakin gələcəyi ümidlə dolu bir uşaqlıq illəri yaşayır.
Bu balaca qızın adı Aylindir. Soyadı Rəhimova. Aylin Rəhimova bu günlərdə atasına, anasına, eləcə də onu sevənlərin hər birinə böyük sevinc yaşatdı. Ən çox da sevinən məşqçi müəlliməsi Larisa Aleksandrova oldu. Çünki onun bu qıza çəkdiyi zəhmət qısa zamanda bəhrəsini verdi və Aylin seçdiyi bədii idman gimnastikasında 5 yaşlılar arasında respublika üzrə 1-ci yeri qazandı. Bu olduqca böyük uğur, yaşadığı şəhərə gətirilən sevinc idi. Əslində idman gimnastikası tarixən təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edib. Gimnastika həm də bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verib, insana igidlik və nəciblik hissləri aşılayıb. Gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də geniş istifadə edilib.
Məşqlərə sevə-sevə gedən balaca Aylin ən çətin tapşırığı belə qorxmadan, qüsursuz yerinə yetirməyə elə ilk günlərdən vərdiş etdi. Yorulmadı, bezmədi, bir dəfə də olsun, ehh daha getmirəm, demədi. Uça-uça, qaça-qaça getdi həmişə Larisa müəlliməsinin məşqlərinə. Nəticə də göz qabağıda, 5 yaşlı uşaqlar arasında Aylin respublika birincisi oldu. Bu təbii ki, ilk növbədə Larisa xanımın uğurudur. Amma öz aramızdır, balaca Aylində də həvəs, istək və inad olmasaydı məşqçinin zəhməti də belə yüksək nəticə verməzdi.
Larisa Aleksandrova xeyli vaxtdır bədi gimnastika üzrə uşaq hazırlayır. Xeyli sayda yetirməsi ən ali yarışlarda yer tutub, uğur qazanıb. Müəllimə yaxşı bilir ki, olimpiya idman oyunlarında gimnastika üzrə də yarışlar var və bu yarışlar olduqca maraqla izlənir. O üzdən də o uşaqları seçəndə özünə xas bir sıra incəliklərə xüsusi diqqət yetirir. Yəni, hər uşağı o hazırlamaq üçün götürmür desək daha dəqiq olar. Çalışdığı Suada psixologiya mərkəzində hamı onun xatirini istəyir, peşəkarlığına hörmətlə yanaşır. Larisa müəllimə 1977-ci ildən təyinatla gəlib Gəncəyə və bu günə qədər də öz peşəsinə sədaqətindən qalmayıb, çox sayda gimnast yetişdirib. Şəfəq Fərzəliyeva, Arzum Abdullayeva, Nərmin Əsgərova, Zərinə Musayeva və digər tələbələri Azərbaycan çempionu adına kimi yüksəlib.
İndi balaca Aylinin də adı çempionlar sırasında yer aldı. İnamla demək olar ki, onun bədii gimnastika üzrə uğur yolu hələ bundan sonra başlayacaq. İlki, təməli möhkəm olanlar isə inkişaf yollarında cəsarətlə irəliləyirlər. Hesab edirik Aylin də gələcəyin layiqli gimnastlarından biri kimi yeişəcək, doğma Gəncənin adını daha yüksək kürsülərə qaldıracaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər