Mobil versiya
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Tarix: 10-05-2023 | Saat: 10:29
Bölmə:İdman | çapa göndər

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.

aia.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayacaq.

81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi tatamiyə çıxacaq. 31 yaşlı idmançı 1/16 final mərhələsində Aleks Barto (Slovakiya)/Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024