Mobil versiya
İngiltərə klubu Patrik Vieyranı qovdu
Tarix: 17-03-2023 | Saat: 14:32
Bölmə:İdman | çapa göndər

İngiltərə klubu Patrik Vieyranı qovdu

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.

Premyer Liqa təmsilçisinin rəsmi saytında yer alan açıqlamada komandanın elitada qalması üçün dəyişikliyə ehtiyacının olduğu vurğulanıb. Bu səbəbdən məşqçi ilə yollar ayrılıb.

46 yaşlı fransalı mütəxəssis londonlulara 2021-ci ilin yayından başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 74 oyun keçirib, 22 qələbə qazanıb, 24 heç-heçə edib və 28 görüşdə məğlub olub.

Bu mövsüm “Kristal Pelas” Premyer Liqada 27 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb və enmə zonasından cəmi üç xal yüksəkdədir. 11 oyundur qələbə qazana bilməyən komanda son üç matçda məğlub olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə