Ramil Tağıyev: “Bu gün Azərbaycan idmanı birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin nəzarəti altında yüksək dinamika ilə inkişaf edir”
Tarix: 04-03-2023 | Saat: 14:10
Bölmə:Manşet / Özəl / İdman | çapa göndər
“İdman istər fərdi qaydada insanlar üçün, istərsə də ölkələr və dövlətlər üçün özünü ifadəetmənin ən çox yayılmış sivil üsullardan biridir. Bu gün Azərbaycanda idmanın inkişafı bütün digər sahələrdə olduğu kimi, yüksək dinamika ilə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir olimpiya komplekslərinin inşa edilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını bunun əyani sübutudur. Azərbaycanda hər il mart ayının 5-də “Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd olunması isə bu sahəyə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bir daha aşkar şəkildə nümayiş etdirir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Şirvan Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramil Tağıyev deyib.
Müsahibimiz xüsusi olaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə həyata keçirdiyi məqsədyönlü islahatlar arasında idmanın inkişafına yönəlmiş tədbirlər önəmli yer tutub: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya hələ birinci rəhbərliyi dövründə bütün digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Təəssüflər olsun ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində özünü bütün sahələrdə qabarıq şəkildə göstərən böhran idman sahəsini də tənəzzülə uğratmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmışdı. Həmin illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən ümummilli lider Heydər Əliyev demişdir: “... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi”. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.”
Daha sonra R.Tağıyev bu gün ölkəmizdə yetişməkdə olan gənc nəslə diqqət və qayğının Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm Ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Ötən illər ərzində ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Azərbaycan bədən tərbiyəçiləri və idmançıları, bütün idman ictimaiyyətimiz öz bayramlarını — Bədən Tərbiyəsi və İdman Gününü yüksək fəallıq şəraitində qeyd edirlər. Əhalinin asudə vaxtının təşkilində, gənc nəslin sağlam və gümrah böyüməsində, onların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayan insan həyatının bu ayrılmaz tərkib hissəsi ölkəmizdə əsl inkişaf yolundadır. Dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, digər mötəbər yarışlarda qazanılan qələbə və medallar, respublikamızın müxtəlif bölgələrində ucaldılan bir-birindən yaraşıqlı olimpiya idman kompleksləri beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunduğu kimi, Azərbaycanı gündən-günə çiçəklənən və möhkəmlənən bir idman ölkəsinə çevirmişdir. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-Prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi”, - deyə Ramil Tağıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı
31-10-2024