Mobil versiya
Əşrəf Hakimi cinsi zorakılıqda ittiham olundu
Tarix: 28-02-2023 | Saat: 10:01
Bölmə:İdman | çapa göndər

Əşrəf Hakimi cinsi zorakılıqda ittiham olundu

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zorlamada şübhəli bilinir.

Məlumata görə, bazar günü 23 yaşlı qadın futbolçunun iştirakı ilə onun razılığı olmadan cinsi əlaqədə olduğunu iddia edərək polisə müraciət edib.

Eyni zamanda qadın ərizə verməkdən imtina edib, lakin polis məmuru bu barədə səlahiyyətli orqanlara məlumat verib və nəticədə prokurorluq məsələ ilə maraqlanıb.

Zərərçəkmiş olduğu iddia edilən şəxsin sözlərinə görə, yanvarın 16-da Hakimi onunla “Instagram”da söhbət edib və fevralın 25-də mərakeşlinin çağırdığı taksi ilə onun evinə gəlib.

Əşrəfin evində “vəziyyət nəzarətdən çıxıb” və futbolçu etirazlara baxmayaraq qonağa qarşı cinsi zorakılığa yol verib.

Nəhayət, qadın PSJ-nin müdafiəçisini itələyərək dostuna mesaj göndərib və sonuncu hadisə yerinə gələrək xanımı oradan aparıb.

Hazırda Hakimiyə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024