Şirvan-Salyan Regional Təhsil İdarəsində Uşaq-Gənclər İnkişaf mərkəzləri və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktorları ilə görüş keçirildi -Fotolar
Tarix: 25-02-2023 | Saat: 10:00
Bölmə:Özəl / İdman | çapa göndər
aia.az xəbər verir ki, 24.02.2023-ci il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsində Uşaq-Gənclər İnkişaf mərkəzləri və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktorları ilə görüş keçirildi.
Görüşdə Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ümumi təhsil müəssisələrində idman həftəsi 27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə başlanılması barədə müzakirələr aparıb ,müvafiq tapşırıqlar verib və " İdman həftəsi"ndə də fəal olmağa çağırır.
Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.
Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
31-10-2024