Mobil versiya
Xəzər rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə Rayon turniri keçirili -Fotolar
Tarix: 18-01-2023 | Saat: 12:26
Bölmə:Özəl / İdman | çapa göndər

Xəzər rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə Rayon turniri keçirili

Xəzər Rayon Gənclər və İdman İdarəsi və Şağan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə İdman kompleksində 20 Yanvar - Ümumxalq Hüzn Günü və 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kiçik və yeniyetmələr arasında cüdo idman növü üzrə turnir təşkil olunub.

aia.az xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov iştirak etmişdir.

Turnirdə 150-ə yaxın idmançı iştirak edərək müxtəlif çəki dərəcələri üzrə mübarizə aparmış və müvafiq yerlərə layiq görülmüşlər. Qalib idmançılara İdarə tərəfindən diplom və medallar təqdim edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024