Mobil versiya
Mbappenin əvəzləyicisi “Qarabağ”da
Tarix: 13-01-2023 | Saat: 15:43
Bölmə:İdman | çapa göndər

Mbappenin əvəzləyicisi “Qarabağ”da

Ağdamın “Qarabağ” klubu yeni futbolçu transfer edib.

aia.az klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “köhlən atlar” fransalı hücumçu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

2017-ci ilin yay transfer pəncərəsi ərzində “Monako” klubu PSJ-yə gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə