Mobil versiya
Ronaldo "Əl Nəsr"də daha 200 milyon avro qazanacaq
Tarix: 10-01-2023 | Saat: 15:31
Bölmə:İdman | çapa göndər

Ronaldo "Əl Nəsr"də daha 200 milyon avro qazanacaq

Səudiyyə Ərəbistanı Ronaldoya “Əl Nəsr”də qazanacağı 500 milyon avrodan əlavə daha 200 milyon avro ödəyəcək.

aia.az xəbər verir ki, bu məbləğin qarşılığında portuqaliyalı ulduz 2030-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının namizədliyinin səfiri olacaq.

Qeyd edək ki, 2030-cu ildə keçiriləcək DÇ-yə ev sahibliyi etmək istəyən ölkələrdən biri də Ronaldonun vətəni Portuqaliyadır. Onun 200 milyon avro qarşılığında ölkəsinə qarşı mübarizə aparacağı da birmənalı qarşılanmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024