Mobil versiya
“Mançester Siti” 63 illik rekordu təkrarladı
Tarix: 06-01-2023 | Saat: 10:33
Bölmə:İdman | çapa göndər

“Mançester Siti” 63 illik rekordu təkrarladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının XIX turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etməklə 63 illik rekordu təkrarlayıb.

aia.az xəbər verir ki, “şəhərlilər” London təmsilçisinə ardıcıl 4-cü matçda qalib gələrək buna nail olub.

Pep Qvardiolanın kollektivi “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.

Qeyd edək ki, “Mançester Siti” bundan əvvəl İngiltərə Liqa Kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə Kubokunun III raundunda üz-üzə gələcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024