Mobil versiya
Ronaldo qarşıdakı 2 oyunda "Əl-Nəsr"də debüt edə bilməyəcək
Tarix: 05-01-2023 | Saat: 11:06
Bölmə:İdman | çapa göndər

Ronaldo qarşıdakı 2 oyunda "Əl-Nəsr"də debüt edə bilməyəcək

"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo 2 oyunluq cəza səbəbindən klubun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

Bu barədə "Daily Mail" məlumat yayıb. Ronaldo cəzalı olduğu üçün "Əl-Nəsr"in yanvarın 5-də və 14-də keçiriləcək "Əl Tai" və "Əl Şabab"la matçlarında oynamayacaq. Buna səbəb İngiltərə Futbol Assosiasiyasının noyabrda portuqaliyalı hücumçunu apreldəki insidentə görə iki oyunluq cəzalandırmasıdır.

37 yaşlı portuqaliyalının cəzasını çəkməyə vaxtı olmayıb, çünki onun barəsində qərar "Mançester Yunayted"lə müqaviləyə xitam verildikdən bir gün sonra verilib. FİFA qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar.
Ətraflı

Beləliklə, o, yanvarın 21-dək "Əl-Nəsr"də oynaya bilməyəcək. Daha sonra komanda "Əl-İttifaq"la qarşılaşacaq.

Ronaldo dekabrın 30-da "Əl-Nəsr"lə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.

Xatırladaq ki, portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəzalandırılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024