Mobil versiya
Ronaldunun meneceri “Real”la danışıqlara başladı
Tarix: 29-12-2022 | Saat: 15:26
Bölmə:İdman | çapa göndər

Ronaldunun meneceri “Real”la danışıqlara başladı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna gedəcəyi növbəti dəfə təkzib olunub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, dünya çempionatından sonra Madrid "Real"ında hazırlıq keçən superulduzun bu dəfə karyerasını sabiq komandasında davam etdirəcəyi iddiası ortaya çıxıb.

Bildirilir ki, onun meneceri Jorge Mendes "Kral klubu"nun nümayəndələri ilə Ronaldunun transferini müzakirə etməyə başlayıb.

Qeyd edək ki, ötən gün Ronaldunun tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına getdiyi iddia edilsə də, bu, hələlik rəsmi təsdiqini tapmayıb. Son klubu "Mançester Yunayted" olan futbolçu 2009-2018-ci illərdə "Real"da oynayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024