Mobil versiya
Xəzər rayonunda voleybol üzrə idman turniri keçirilib -Fotolar
Tarix: 20-12-2022 | Saat: 15:17
Bölmə:Özəl / İdman | çapa göndər

Xəzər rayonunda voleybol üzrə idman turniri keçirilib

Xəzər rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş voleybol üzrə idman turniri keçirilib.

aia.az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol üzrə idman turniri təşkil olunub.

26 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov, Məktəb direktorları, hakimlər kollegiyası, müəllimlər və yarış iştirakçıları iştirak ediblər.

Yarışın nəticələrinə əsasən 149 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək l Yer, 117 nömrəli tam orta məktəb ll Yer və 26 nömrəli tam orta məktəb isə lll Yer əldə ediblər. Qalib komandalar İdarə tərəfindən diplomla təltif ediliblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024