Mobil versiya
DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq
Tarix: 14-12-2022 | Saat: 09:25
Bölmə:İdman | çapa göndər

DÇ-2022:

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

aia.az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl Bayt” stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

“Əl Bayt” stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024