Mobil versiya
"Qala-şouda çətin nömrə təqdim edəcəyik"
Tarix: 09-12-2022 | Saat: 17:10
Bölmə:İdman | çapa göndər

"Qala-şouda çətin nömrə təqdim edəcəyik"

Altı gimnastika növü üzrə birgə yarışlar çərçivəsində keçirilən qala-şouda maraqlı və çətin nömrə təqdim edəcəyik.

Bunu Trend-ə açıqlamasında birgə yarışlarda akrobatika gimnastikası üzrə qarışıq cütlüklər tərkibində yer alan idmançılar Ağasif Rəhimov və Raziyə Seyidli deyib.

"Qala-şou heyrətamiz olacaq, proqramımızı böyük maraqla hazırladıq. Çətin məşq nümayiş etdirəcəyik, orada yarışlarda yerinə yetirmədiyimiz elementlər olacaq", - deyə Ağasif Rəhimov bildirib.

Raziyə Seyidli birgə yarışlara və qala-şouya uzun müddət və canla-başla hazırlaşdıqlarını vurğulayıb: "Şəki Olimpiya İdman Kompleksində gözəl şərait yaradılıb - yarışların əla təşkili, yaxşı zal".

Gimnastlar gələn il dünya kubokları və Avropa çempionatında çıxış etməli olduqlarını da vurğulayıblar.

Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024