Mobil versiya
Ronaldo azarkeşlərə müraciət etdi
Tarix: 09-12-2022 | Saat: 12:48
Bölmə:İdman | çapa göndər

Ronaldo azarkeşlərə müraciət etdi

Kriştiano Ronaldo Portuqaliya yığmasının azarkeşlərinə müraciət edib.

37 yaşlı hücumçu şəxsi "İnstagram" hesabında bu sözləri yazıb:

"Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!", - deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşlə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024