Şəkidə gimnastika növləri üzrə birgə yarışların ikinci gününə start verilib
Tarix: 09-12-2022 | Saat: 12:44
Bölmə:İdman | çapa göndər
Bu gün Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışların ikinci gününə start verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Bu gün bədii və akrobatika gimnastikası üzrə yarışlar keçiriləcək.
Bədii gimnastikanın "yeniyetmələr" (2010-2011-ci il təvəllüdlü) yaş kateqoriyası üzrə nümayəndələri halqa, top və gürzlərlə, "gənclər" (2007-2009-cu il təvəllüdlü) - halqa, top, gürz və lentlərlə hərəkətləri təqdim edəcəklər.
Akrobatika gimnastikasının "yeniyetmələr" (2004-2010-cu il təvəllüdlü) və "böyüklər" (2007-ci il və daha yuxarı) yaş kateqoriyası üzrə nümayəndələri qadın qruplarında, kişi, qadın və qarışıq cütlüklər tərkibində çıxış edəcəklər.
Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində altı gimnastika növü üzrə birgə yarışlar keçirilir.
Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024