Mobil versiya
DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord
Tarix: 07-12-2022 | Saat: 12:40
Bölmə:İdman | çapa göndər

DÇ-2022: Dünya çempionatları tarixində yeni rekord

Dünya çempionatları tarixində yeni rekord müəyyənləşib.

Milli.Az "report"a istinadən bildirir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.

Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya - İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə