Mobil versiya
“Sumqayıt” FK-da ASAPES SABAH tələbələri təcrübə keçiblər
Tarix: 24-11-2022 | Saat: 10:42
Bölmə:Özəl / İdman | çapa göndər

“Sumqayıt” FK-da ASAPES SABAH tələbələri  təcrübə keçiblər

ASAPES SABAH tələbələrinə “İdman və informasiya hüququ” fənnini tədris edən Elcan Həsənlinin rəhbərliyi ilə Akademiyamızın bir qrup tələbəsi “Sumqayıt” Futbol Klubunda olub.

aia.az xəbər verir ki, ziyarət zamanı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov tələbələrin hər birinə onların adları yazılmış vəsiqələri təqdim edib.

Azərbaycan Premyer Liqasının 13-cü turunun həmin gün baş tutan “Sumqayıt” – “Neftçi” oyunundan əvvəl qarşılaşmaya hazırlıq prosesi ilə tanış olan tələbələrimiz AFFA nümayəndəsi tərəfindən keçirilən oyunöncəsi iclasda da iştirak ediblər. Matç başa çatdıqdan sonra isə təmsilçilərimiz oyun sonrası mətbuat konfransına qatılıblar.

Elman Hüseynov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024