Mobil versiya
Tennis Akademiyasında Uşaq Futbol Turnirinin final mərhələsi olub -Fotolar
Tarix: 21-11-2022 | Saat: 10:55
Bölmə:Özəl / İdman | çapa göndər

Tennis Akademiyasında Uşaq Futbol Turnirinin final mərhələsi olub

Noyabrın 13-də Bakı Tennis Akademiyasında Bakı kənd və qəsəbələri arasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Uşaq Futbol Turnirinin final mərhələsi və bağlanış mərasimi baş tutudu.

aia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Bakı Abadlıq Xidmətinin direktor müavini Vüqar Müfid-zadə, Azərbaycan Tennis Akademiyasının prezidenti Oqtay Əsədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev iştirak edirdilər.

Yarışın bağlanış mərasimində kənd və qəsəbələr üzrə uşaq futbol komandaları üçün əyləncəli musiqi proqramı təşkil olunub. Tanınmış futbolçular Ruslan Abışov, Emil Balayev və Emin Mahmudovun uşaqlar üçün imza sessiyası da keçirilib. Həmçinin turnir iştirakçılarına "İSMA bikes Azərbaycan" şirkəti tərəfindən (Xəzər rayonunu təmsil edən qəsəbə komandalarının hər bir üzvünə ümumilikdə 94 ədəd) velosiped hədiyyə edildi.

Xəzər rayonunu təmsil edən qəsəbə uşaq futbol komandaları müvafiq yerlər əldə edərək mükafatladırıldılar. Xəzər Rayon Gənclər və İdman İdarəsi rəisi Vüqar Əliyev idmançılara təşəkkürünü bildirdi.

Tədbirdən fotolar

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024