Mobil versiya
Qəbələ rayonunda “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilib -Fotolar
Tarix: 20-11-2022 | Saat: 10:43
Bölmə:Özəl / İdman | çapa göndər

Qəbələ rayonunda “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilib

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində davam etdirilir.

aia.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində də apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.

Turnirə Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, təhsil sektoru, Qəbələ Hava Limanı, FHN Şimal-Qərb Regional Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsi, 9 saylı Ərazi Reyest İdarəsi, Qəbələ ASAN Xidmət Mərkəzi, FHN-nin N saylı hərbi hissəsi, 10 saylı Ərazi Vergilər İdarəsi və “Xanlar” istirahət mərkəzinin komandaları qatılıb.

Dairəvi sistem üzrə keçirilən turnirdə 12 komanda 3 qrupda mübarizə aparacaq, hər qrupdan 2 komanda növbəti turda görüşəcəklər.

Çempionatın ikinci günündə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsinə 5-3 hesabı ilə qalib gəldi.

Turnirdən fotolar təqdim edirik.

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024