Zərinə Hümbətova: Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır
Tarix: 17-11-2022 | Saat: 14:56
Bölmə:Gündəm / Özəl | çapa göndər
Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olundu, Qarabağ Azərbaycanındır! Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verdi.
Ulu öndərin tarixi missiyasından da söz edən Prezident İlham Əliyev bildirmişdir ki, 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.
Prezidentin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan, qorunmasının və inkişafının əsasları qanunla müəyyən edilən Şuşanın bərpası da sürətlidir. Şuşa ilə bağlı cəmiyyətin xüsusi razılığı ilə qarşılanan məqam həm də ondan ibarətdir ki, şəhərin tarixi və mədəni irsinin bərpası xüsusilə diqqət mərkəzindədir. Bu da Şuşanın Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi olmasından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqımızın milli irsinə həssas münasibətlərindən, ehtiramlarından irəli gəlir. Şuşa həm də Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa olunur. Qısa müddətdə bu istiqamətdə mühüm layihələr icra olunub. Məsələn, artıq Vaqifin məqbərəsi əvvəlki görkəmi saxlanılmaqla bərpa edilib. Ötən ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanan bərpa işləri bir neçə aya yekunlaşıb. Vaqifin Şuşadakı evinin yaxınlığındakı büstü də yenidən qurulub. Bərpa edilən abidələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlidir. Şuşanın mənəvi irsi olan İsa bulağından və Natəvan bulağından artıq su gəlir. Şuşanın məşhur ünvanlarından olan Xalq artisti Bülbülün ev-muzeyi də bir neçə ay ərzində yenidən qurulub.
Xatırladaq ki, atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" 1994-cü ilin 12 mayında qüvvəyə minmiş və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılmışdı. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "sülh sazişi" imzalamalı idilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.
Əslində, atəşkəsə qədər baş verənlər göstərmişdi ki, artıq Azərbaycana güclü və qətiyyətli lider rəhbərlik edir. O lider ki, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, Ermənistanın işğal planlarını gücləndirdiyi bir vaxtda yeni ordu formalaşdırmışdıı. Bu ordu Füzuli və Murov istiqamətlərində işğalçı qüvvələrin mövqelərinə əhəmiyyətli zərbələr endirmiş, işğal olunmuş ərazilərimizin bir hissəsini azad etmişdi. Xüsusən Horadiz əməliyyatı Ermənistanda ciddi təşviş doğurmuşdu. Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi Ermənistanı işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirmişdi.
Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra atəşkəsə qədər olan dövrdə cəbhədə baş verənlər təsdiq etmişdi ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etməyə qadirdir. Həm də belə bir həqiqət Ermənistana və onun havadarlarına agah olmuşdu ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması faktı ilə heç vaxt razılaşmayacaq.
"Bişkek protokolu"na əsasən atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı, yaxın müddət ərzində işğal olunmuş ərazilərin boşaldılmalı, köçkünlərin geri qaytarılmasını nəzərdə tutan sülh sazişi imzalanmalı idi. Lakin danışıqlar əvvəlcə aylar, sonra illərlə əvəzləndi. Məsələnin təəssüf doğuran tərəfi isə Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsi idi. Beynəlxalq təşkilatların, vasitəçilərin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmamaları atəşkəsdən sonrakı dövrün reallıqları idi.
Buna baxmayaraq, atəşkəsin əldə edilməsi Azərbaycana toparlanmaq, güclənmək üçün şərait yaratdı. Ulu Öndər Heydər Əliyev atəşkəs dövründə Azərbaycanı inkişaf yoluna çıxardı, beynəlxalq birlikdəki mövqelərini gücləndirdi, danışıqlar prosesində respublikamızın haqlı mövqeyini qətiyyətlə qorudu.
Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafını, Cənubi Qafqazın lider dövlətinə çevrilməsini təmin etdi. Bu siyasət Ermənistanı regionda təcrid etdi, diplomatik sferada küncə sıxışdırdı. Ermənilərin işğal siyasətləri ilə öyündükləri vaxtda İlham Əliyev ordumuzu qüdrətləndirdi, onu ən müasir döyüş qabiliyyətinə malik gücə çevirdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttindəki təxribatları həm də sülh danışıqlarının nəticəsiz qalmasının göstəricisi idi. Beləliklə, yaranmış şəraiti dəyərləndirən Azərbaycan dövləti 44 gün davam edən müharibədə torpaqlarını işğaldan azad etdi.
Sülhə gəlməyən, söz anlamayan Ermənistanı Prezident İlham Əliyev güc yolu ilə cəzalandıraraq münaqişənin ədalətli həllini təmini etdi. Artıq "Dağlıq Qarabağ münaqişəsi" deyilən anlayış da aradan qalxıb, atəşkəs də tarixə qovuşub. İndi bütün dünyanın qəbul etdiyi reallıqlar Azərbaycanın Zəfəri, Bakının diktə və şərtləri, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər