Gülər Sultanzadə: "Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya ixracı yeni əməkdaşlıq formatlarına doğru uğurlu yoldur"
Tarix: 06-08-2025 | Saat: 11:25
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın dünya enerji siyasətində strateji mövqeyi təkcə region üçün deyil, qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyətli bir dayağa çevrilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz həm neft, həm də qaz ixracatçısı kimi beynəlxalq bazarda etibarlı tərəfdaş statusu qazanıb. Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması isə bu uğurlu siyasətin növbəti mərhələsi və Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda yeni səhifənin açılması deməkdir.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz deyib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri zamanı əldə edilən razılaşmalar, xüsusilə SOCAR ilə imzalanmış Anlaşma Memorandumu, Azərbaycanın regional əməkdaşlıq gündəmində Yaxın Şərq istiqamətinə verdiyi önəmin göstəricisidir. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarına xidmət etmir, eyni zamanda regionun enerji balansına müsbət təsir göstərərək, sabitlik və iqtisadi inteqrasiya imkanlarını genişləndirir. Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı baş tutan tarixi hadisə, Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurlu nəticələrindəndir. Bu, Azərbaycanın yeni bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, Yaxın Şərq regionunda etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirəcək. Gözlənilir ki, Azərbaycan qazı Suriyada əsasən elektrik enerjisi istehsalında istifadə olunacaq və bu, Suriyanın enerji infrastrukturunun bərpasında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın hazırda 12 ölkəyə təbii qaz ixrac etməsi və bu ölkələrdən 10-nun Avropa dövlətləri, 8-nin isə Aİ üzvü olması, qaz təchizatında şaxələndirmənin yüksək səviyyədə həyata keçirildiyini göstərir. Dövlət başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, 2030-cu ilə qədər qaz hasilatının daha 8 milyard kubmetr artırılması planlaşdırılır və bu, ümumi ixrac həcmini 33 milyard kubmetrə çatdıracaq. Beləliklə, Azərbaycanın enerji ixracında coğrafi əhatə genişlənəcək, Yaxın Şərq regionu da bu dairəyə daxil olacaq. Suriya ilə enerji sahəsində qurulan əməkdaşlıq, eyni zamanda Azərbaycanın Livan, İordaniya və Misir kimi digər Yaxın Şərq ölkələri ilə də potensial qaz ixrac imkanlarını gündəmə gətirir. Türkiyə üzərindən bu ölkələrə yönəldilə biləcək mavi yanacaq, bölgədə enerji inteqrasiyasına təkan verəcək və Azərbaycanın regional təsir gücünü artıracaq. Bu prosesdə Azərbaycan yalnız təbii ehtiyatlarını ixrac etməklə kifayətlənmir, həm də enerji diplomatiyasını gücləndirir, yeni körpülər yaradır. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin formalaşdırılması yönündə irəliləyişlər, ölkəmizin enerji siyasətinin gələcəyə hesablandığını göstərir. Bu fonda, gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik enerjisi ixrac etməsi də real görünür. Nəticə etibarilə, Azərbaycan təbii qazının Suriyaya ixracı yalnız enerji layihəsi deyil, regionda yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olan strateji təşəbbüsdür. Bu, ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, enerji diplomatiyasının uğurlu nümunəsi kimi tarixə düşəcək. Azərbaycanın enerji strategiyası və diplomatiyası regionun gələcəyinin formalaşmasında əsas rol oynamağa davam edir- deyə Gülər Sultanzadə fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər