Mobil versiya
Şahin Bağırov "Azərterminalkompleks" Birliyində ixtisarlara başladı
Tarix: 06-08-2025 | Saat: 10:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

Şahin Bağırov "Azərterminalkompleks" Birliyində ixtisarlara başladı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində ixtisarlar başlayır.

aia.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb.

8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.

Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə minəcək. Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-08-2025