Qarabağda daha 44 abidə reyestrə daxil edilib – RƏSMİ
Tarix: 06-08-2025 | Saat: 13:05
Bölmə:Ölkə / Manşet | çapa göndər

İşğaldan azad olunmuş ərazilərdə aparılan kompleks tədqiqat və inventarlaşdırma işləri nəticəsində daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edilib.
aia.az xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib, Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli, 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilib.
Qeyd olunan dəyişiklik, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarına əsasən qüvvədə olan “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” sənədə edilmiş əlavələr çərçivəsində həyata keçirilib.
Dövlət Xidmətinin məlumatına görə, ümumilikdə 550 tarixi abidənin inventarlaşdırılması prosesi artıq başa çatdırılıb. Bu abidələr işğaldan azad olunmuş ərazilərdə yerləşir və dövlət mühafizəsinə götürülüb. Paralel olaraq, aparılan monitorinqlər zamanı daha 402 abidə - tarixi, memarlıq və arxeoloji baxımdan əhəmiyyətli obyektlər müəyyənləşdirilərək “yeni aşkar edilmiş abidələr” kimi qeydə alınıb.
İnventarlaşdırma zamanı aşkarlanan faktlar Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vandalizm aktlarını bir daha üzə çıxarıb. Dövlət Xidməti bildirir ki, 68 abidə tamamilə dağıdılıb,114 abidə qismən və ya ciddi dərəcədə zədələnib,əksər abidələr təhqir olunub, tövlə və anbar kimi istifadə edilib.
Bütün bu hallar sənədləşdirilərək müvafiq qurumlara təqdim olunub.
Xidmətin açıqlamasında vurğulanır ki, sonuncu dəfə daşınmaz abidələrin siyahısı 2001-ci ildə təsdiq edilib və aparılan təhlillər zamanı həmin siyahıda ciddi çatışmazlıqlar - adların, tarixlərin uyğunsuzluğu, əhəmiyyətli abidələrin ümumiyyətlə daxil edilməməsi kimi faktlar aşkarlanıb.
Məhz bu səbəbdən Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən siyahının yenilənməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər