Mobil versiya
Ombudsman beynəlxalq təşkilatlara çağırış etdi
Tarix: 06-08-2025 | Saat: 17:27
Bölmə:Siyasət | çapa göndər

Ombudsman beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Bu barədə aia.az-a Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

"Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-08-2025