İcra Başçısı Yasamal sakinləri ilə birbaşa ünsiyyətdə oldu -Fotolar
Tarix: 06-08-2025 | Saat: 18:07
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün avqust ayı üzrə növbəti səyyar qəbul keçirilib.
aia.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 1 saylı Bakı Tibb Kollecinin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti,SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri ev damlarının təmiri, vərəsəlik hüququ, sosial yardım, kanalizasiya borularının cari vəziyyəti, yaşayış binalarındakı pilləkənlərin təmiri,Sovetski ərazisində söküntü və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-08-2025
14:09 Baş nazir qərar imzaladı