İlhamə Abdullayeva: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk dünyasının qarşısında duran ən mühüm məsələləri diqqət mərkəzinə gətirdi”
Tarix: 15-11-2022 | Saat: 14:27
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Azərbaycan istər ikitərəfli, istərsə də çoxtərəfli formatda xarici əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz Türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Diqqətəlayiq haldır ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsi və inkişafı həm Təşkilat çərçivəsində, həm də ikitərəfli formatda davam etdirilir. Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb edir. Məlumdur ki, möhtərəm dövlət başçımız son 7 ayda artıq üç dəfə Özbəkistana səfər etmişdir və bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Prezident cənab İlham Əliyev 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında da qeyd etmişdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsində maraqlıdır və türk dünyasının sıx birləşməsinə hər zaman öz töhfəsini verib. Qeyd olunub ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib.
Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında qaldırdığı məsələlər Türk dünyasının daha da güclənməsinə, Təşkilatın beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verəcək: “Möhtərəm dövlət başçımız hər zaman olduğu kimi, Səmərqənd Zirvə Görüşündə etdiyi çıxışında da qlobal düşüncə tərzi nümayiş etdirərək, dünyada gedən prosesləri nəzərə almaqla Təşkilatın qarşısında duran mühüm vəzifələr barədə təhlil xarakterli açıqlamalar verdi, bu yönümdə konkret addımların atılmasına dair təklif və fikirlərini bildirdi. Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türk dünyası böyük bir ailədir və bu ailənin bütün üzvləri bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra daha çox qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Xüsusi olaraq siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşdırılmasının vacibliyini diqqət mərkəzinə çəkməklə dövlət başçımız ən önəmli məsələlərdən birinə toxunmuş oldu. Həmçinin cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil və onun coğrafi sərhədləri daha genişdir. Buna görə də Təşkilata üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daima diqqət mərkəzində saxlanmalıdır. Əlbəttə ki, bu istiqamətdə atılacaq addımlar birmənalı olaraq Türk dünyasının mövqelərinin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edəcək.”
Daha sonra İ.Abdullayeva Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqların region ölkələri ilə bərabər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin də qarşısında böyük perspektivlər açdığını vurğulayaraq bunları deyib: “2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini azad etməklə torpaqlarının 30 illik işğalına faktiki olaraq son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Bu gün isə Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıb. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. Əlbəttə ki, bu, Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın bariz təzahürüdür. Eyni zamanda Azərbaycanın müəllifi olduğu yeni reallıqlar Türk dünyasının daha da güclənməsinə böyük töhfədir. Çünki Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək və Asiya ilə Avropanın daha da yaxınlaşmasına xidmət edəcək”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024