Mobil versiya
Kadi bu oyunda iştirak etməyəcək
Tarix: 16-10-2022 | Saat: 12:43
Bölmə:İdman | çapa göndər

Kadi bu oyunda iştirak etməyəcək

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan “Olimpiakos”la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib.

AİA.Az xəbər verir ki, onun ayaq əzələsində problem aşkarlanıb.

Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunun “Sumqayıt”la sabahkı matçını buraxacaq. Amma onun Avropa Liqasında “Nant”la (Fransa) səfər görüşündə iştirak edəcəyi gözlənilir.

“Nant” – “Qarabağ” matçı oktyabrın 27-də baş tutacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024