Mobil versiya
Cəsarət Əhmədov yığma komandamızı dünya çempionatına yola saldı
Tarix: 14-10-2022 | Saat: 11:16
Bölmə:İdman | çapa göndər

Cəsarət Əhmədov yığma komandamızı dünya çempionatına yola saldı

aia.az xəbər verir ki, oktyabrın 14-də, gecə saat 2 radələrində qol güləşi üzrə milli yığma komandamız 43-cü dünya çempionatında iştirak etmək üçün Heydər Əliyev adına

Beynəlxalq Hava Limanından qardaş Türkiyəyə yola düşdü.

Tərkibində 11 nəfər idmançı və 1 nəfər beynəlxalq dərəcəli hakimin yer aldığı yığma komandanı Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov şəxsən yola salıb. İdmançılara öz tövsiyyələrini verən Federasiya rəhbəri komanda üzvlərinin ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə, Allahın izni ilə bayrağımızı ən yüksəyə qaldıracaqlarına və ölkəmizə yalnız qızıl medallarla geri dönəcəklərinə inandığını vurğulayıb.

Xatırladaq ki, Qol güləşi üzrə 43-cü dünya çempionatı 15-22 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir.

Bütün idmançılarımıza uğurlar arzulayırıq!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024