Mobil versiya
Ərdoğan: “Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək”
Tarix: 13-10-2022 | Saat: 15:40
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan:

“Akkuyu” AES-in ilk turbininin gələn ilin birinci yarısında açılışı dünyaya fərqli səs salacaq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

O qeyd edib ki, Sinopla bağlı (Nüvə elektrik stansiyası) bir addım atılsa, bunun daha təsirli effekti olacaq.

“Biz İstanbul razılaşmasını gücləndirərək davam etdirmək, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə az inkişaf etmiş ölkələrə daşımaq əzmindəyik. Türkiyə və Rusiyanın bu prosesdə atacağı addımlar müəyyən dairələri narahat edəcək, eyni zamanda az inkişaf etmiş ölkələri də sevindirəcək”, - deyə Ərdoğan bildirib.

Putin isə öz növbəsində qeyd edib: “Türkiyə sübut etdi ki, o, Avropa İttifaqını qazla təmin etmək üçün ən etibarlı tərəfdaş ola bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024