Mobil versiya
Putin: “Enerji və ərzaq məhsullarının qiymətində volatillik fonunda real aclıq təhlükəsi var”
Tarix: 13-10-2022 | Saat: 10:47
Bölmə:Dünya | çapa göndər

Putin:

Rusiya Prezidenti Vladimir Putin dünyada enerji və ərzaq məhsullarının qiymətindəki volatillik fonunda real aclıq təhlükəsinin və irimiqyaslı sarsıntıların mövcud olduğunu bildirib.

aia.az TASS-a istinadən xəbər verir ki, bunu o, Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Bizim Konfrans və digər regional assosiasiyalar bir çox ciddi problemlərlə məşğul olmalıdır. Digər məsələlərlə yanaşı, enerji, ərzaq, gübrə, xammal və digər mühüm məhsulların qiymətində artan volatilliyi nəzərdə tuturam”, - Rusiya dövlət başçısı vurğulayıb.

O, Əfqanıstandakı vəziyyətə toxunaraq deyib ki, bu ölkə region üçün təhlükəsizlik baxımından ən ciddi problemlərindən biri olaraq qalır: “Bu ölkə ABŞ və NATO-nun 20 ildən çox hərbi mövcudluğundan, onların siyasətinin uğursuzluğundan sonra terror təhlükələri ilə bağlı problemləri müstəqil həll edə bilməyib”.

Rusiya Prezidenti Əfqanıstanın bloklanmış vəsaitlərini açmağa və ölkəyə dəymiş ziyanı kompensasiya etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024