Ukrayna Baş Qərargahı: "Son sutkada İran istehsalı olan 12 PUA zərərsizləşdirilib
Tarix: 12-10-2022 | Saat: 09:54
Bölmə:Dünya | çapa göndər

“Son sutkada Ukrayna Silahlı Qüvvələri İran istehsalı olan 12 PUA-nı məhv edib”.
aia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
Qeyd olunub ki, həmçinin Rusiyanın 2 hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib:
“Bundan başqa, 12 nəzarət məntəqəsi, canlı qüvvə, silah-sursat və hərbi texnikanın cəmləşdiyi 17 ərazi, eləcə də düşmənin 20-dən çox digər mühüm obyekti vurulub”.
Məlumata görə, Belarusun müdafiə-sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur:
“Ötən sutka ərzində Rusiya tərəfi 1 ballistik və 28 qanadlı raket atıb. Qanadlı raketlərdən 2-si məhv edilib”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-03-2025