Çempionlar Liqası: “Napoli”, “Brügge” və “Bavariya” pley-offa vəsiqəni təmin edə bilər
Tarix: 12-10-2022 | Saat: 09:22
Bölmə:İdman | çapa göndər
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
aia.az-ın məlumatına görə, A,B,C və D qruplarında ümumilikdə səkkiz qarşılaşma oynanılacaq.
A qrupunda “Napoli” İtaliyada Niderland “Ayaks”ını qəbul edəcək. İngiltərə “Liverpul”u Şotlandiyada “Reyncers”in qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda İspaniyanın “Atletiko” (Madrid) komandası Belçika “Brügge”si ilə üz-üzə gələcək. Qonaqlar Madrid qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. Digər görüşdə “Bayer” Almaniyada Portuqaliya “Portu”sunu sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçı C qrupunda gerçəkləşəcək. İtaliya “İnter”i İspaniyada “Barselona”nın qonağı olacaq. Qrupun autsayderi “Viktoriya” (Plzen) Çexiyada Almaniya “Bavariya”sı ilə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
Nəhayət, D qrupunda “Tottenhem” İngiltərədə Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivini, “Sportinq” isə Portuqaliyada Fransa “Marsel”ini qəbul edəcək. Bu qrupda hər komandanın pley-off şansı davam edir.
12 oktyabr
A qrupu
20:45. “Napoli” (İtaliya) - “Ayaks” (Niderland)
23:00. “Reyncers” (Şotlandiya) - “Liverpul” (İngiltərə)
Xal durumu: “Napoli” - 9. “Liverpul” - 6. “Ayaks” - 3. “Reyncers” - 0.
B qrupu
20:45. “Atletiko” (Madrid, İspaniya) - “Brügge” (Belçika)
23:00. “Bayer” (Almaniya) - “Portu” (Portuqaliya)
Xal durumu: “Brügge” - 9. “Bayer” - 3. “Portu” - 3. “Atletiko” - 3
C qrupu
23:00. “Viktoriya” (Plzen, Çexiya) - “Bavariya” (Almaniya)
23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya)
Xal durumu: “Bavariya” - 9. “İnter” - 6. “Barselona” - 3. “Viktoriya” - 0
D qrupu
23:00. “Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Frankfurt, Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) - “Marsel” (Fransa)
Xal durumu: “Sportinq” - 6. “Tottenhem” - 4. “Ayntraxt” - 4. “Marsel” - 3.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024