Mobil versiya
“Böyük yeddilik” Ukraynaya görə toplanır - YENİLƏNİB
Tarix: 10-10-2022 | Saat: 16:13
Bölmə:Dünya | çapa göndər

“Böyük yeddilik” Ukraynaya görə toplanır -

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.

aia.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

İclas videoformatda baş tutacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.

Qeyd edək ki, okryabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

13:07

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.

Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:

“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.

V.Zelenski ilə O.Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.

V.Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında da telefon danışığı olub. Liderlər Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, beynəlxalq ictimaiyyətin reaksiyasının zəruriliyini, həmçinin Rusiyaya qarşı təzyiqlərin artırılmasını müzakirə ediblər.

Fransa Prezidenti Ukraynaya dəstəyini xatırladıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024