Mobil versiya
Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib
Tarix: 03-10-2022 | Saat: 09:57
Bölmə:Dünya | çapa göndər

Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib

Səfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.

aia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.

"Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb", - o bildirib.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024