Mobil versiya
Xəzər rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş Rapid Şahmat turniri keçirilib. - FOTOLAR
Tarix: 26-09-2022 | Saat: 21:25
Bölmə:İdman | çapa göndər

Xəzər rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş Rapid Şahmat turniri keçirilib.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında şahmat üzrə yarış təşkil olunmuşdur.

İlk öncə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnir 3 nömrəli Respublika Şahmat Məktəbinin baş hakimi Gülzar Kərimovanın iştirakı ilə keçirilib.

Oyunun nəticələrinə əsasən Abbaslı Kərim, Əliyev İsrafil, Şamilov Yusif yerə layiq görülüb.

Qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Mayıl Yusifovun iştirakı ilə diplom və medallarla təltif ediliblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024