Mobil versiya
Ankara Donetsk, Luqansk, Zaporojye və Xersonda keçirilən “referendum”ların nəticələrini tanımır
Tarix: 26-09-2022 | Saat: 18:05
Bölmə:Dünya | çapa göndər

Ankara Donetsk, Luqansk, Zaporojye və Xersonda keçirilən “referendum”ların nəticələrini tanımır

“Türkiyə, Krımda olduğu kimi, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını tanımaq niyyətində deyil”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında deyib.

“Biz Krımın ilhaqını tanımırıq və bu barədə Rusiyaya deyirik. Donetsk, Luqansk, Zaporojye və Xersonda keçirilən referendumlarla bağlı narahatlığımızı bildirdik. Biz onları tanımadığımızı açıq şəkildə bəyan etmişik”, - deyə Çavuşoğlu vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025