Mobil versiya
Berluskoni İtaliya Senatına seçkilərdə qalib gəlir
Tarix: 26-09-2022 | Saat: 09:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Berluskoni İtaliya Senatına seçkilərdə qalib gəlir

İtaliyanın keçmiş baş naziri, İrəli, İtaliya Partiyasının rəhbəri Silvio Berluskoni İtaliya Senatına seçkilərdə özünün birmandatlı dairəsində liderlik edir.

AİA.Az "report"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin ilkin məlumatında qeyd olunub.

S.Berluskoni parlamentin yuxarı palatasına namizədliyini Montsa şəhərində irəli sürüb. Siyasətçi Lombardiya vilayətinin şimal bölgəsində yerləşən bu şəhərin eyniadlı futbol klubuna sahiblik edir.

Dairədən bülletenlərin az qala onda birinin hesablanmasına görə, Berluskoni 48 % səs toplayır və ən yaxın təqibçisini, demək olar, 20 % qabaqlayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024