Mobil versiya
Bolqarıstanda fövqəladə vəziyyət elan edildi
Tarix: 23-09-2022 | Saat: 14:20
Bölmə:Dünya | çapa göndər

Bolqarıstanda fövqəladə vəziyyət elan edildi

Bolqarıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Haskovo vilayətinin Svilenqrad və Topolovqrad rayonlarında qeyri-qanuni miqrantlar səbəbindən qismən fövqəladə vəziyyət elan edilib.

aia.az xarici kİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Minko Angelov məlumat verib.

Fövqəladə rejimin sentyabrın 23-ü günorta saatlarından sentyabrın 29-u saat 12:00-dək qüvvədə olacağı bildirilir. Səbəb kimi sərhədyanı rayonlarda artan miqrasiya təzyiqi ilə bağlı yaranmış mürəkkəb vəziyyət göstərilir. Məqsəd ölüm hallarının, həmçinin əhalinin əmlakına, ölkə iqtisadiyyatına və ətraf mühitə zərər dəyməsinin qarşısını almaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024