Mobil versiya
Ukrayna Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb
Tarix: 23-09-2022 | Saat: 13:59
Bölmə:Dünya | çapa göndər

Ukrayna Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb

“İtkilərimiz 9 min nəfərdən çoxdur”.

aia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, bu, dəqiq rəqəm deyil: “Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.

A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:

“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024