Mobil versiya
Almaniya Ukraynaya zirehli transportyorlar verib
Tarix: 20-09-2022 | Saat: 10:00
Bölmə:Dünya | çapa göndər

Almaniya Ukraynaya zirehli transportyorlar verib

Almaniya Ukraynaya 2 ədəd "Mars II" yaylım atəşli reaktiv sistemi və 50 ədəd "Dingo" zirehli transportyoru təhvil verib.

aia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniya tərəfi eyni zamanda Ukrayna hərbçiləri üçün ayın sonunadək təlimlər də təşkil edəcək.

Xatırladaq ki, "Dingo" zirehli transportyoru patrul xidmətləri və şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Almaniyada ordusunda müxtəlif modifikasiyalardan olan 500-dək belə avtomobil var.

"Mars II" qurğuları tırtıllı şassi üzərində qurulub və HIMARS-ın analoqu hesab edilir. Raketin kütləsi 107 kiloqram, uçuş məsafəsi 40 kilometrdir. Sursat 140 millimetrə qədər qalınlığı olan zirehi dəlib keçə bilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024